Ukraynada mülki şəxslərin sığındığı kimya fabriki bombalandı
    • 13-06-2022, 11:25
    • 189

Ukraynada mülki şəxslərin sığındığı kimya fabriki bombalandı

Rusiya ordusu Ukraynanın şərqindəki Severodonetskdə 800-ə yaxın mülki şəxsin sığındığı iddia edilən kimya fabrikini bombalayıb.

News24.az "Hürriyət" qəzetinə istinadla xəbər verir ki, Ukrayna əsgərlərinin müdafiəni davam etdirdiyi “Azot” kimya müəssisəsini Rusiya artilleriyasının atəşə tutmasından sonra böyük yanğının baş verdiyi və neft sızmasının da olduğu bildirilib.

Qeyd edək ki, obyektdə gizlənən mülki şəxslərin təxliyyəsi üçün indiyədək təxliyyə dəhlizi açılmayıb.