"Formula 1"ə görə bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerləri sökülür
    • 13-06-2022, 14:28
    • 2 789

"Formula 1"ə görə bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerləri sökülür

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə Bakıda bağlanan küçə və prospektlərdə təhlükəsizlik baryerlərinin sökülməsinə başlanılıb.

News24.az xəbər verir ki, paytaxtın Neftçilər prospektində (Azneft dariəsində) giriş və çıxışlara qoyulan maneələr sökülür.

Söküntü işlərinə yüdaşıyıcı maşınlar, texnika və avadanlıqlar cəlb olunub. Baryerlər sökülərək ərazidən aparılır.

Qeyd edək ki, bu gün, iyunun 13-də saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.