-
- 27-04-2022, 13:01
- 389
"Azərbaycan mediasında haqsız rəqabət var"- NATİQ MƏMMƏDLİ
"Bu il bir sıra dövlət orqanları və özəl qurumlarla təlimlərə başlamışıq. Hərbi jurnalistikanı inkişaf etdirmək bizim üçün prioritetdir".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
Şöbə müdiri qeyd edib ki, iqtisadiyyat və idman mövzusunda çalışan jurnalistlər üçün də silsilə təlimlər nəzərdə tutulub.
O əlavə edib ki, təlimlər yeni media mühitində ixtisaslı kadrların hazırlanması üçün reallaşdırılır: "Media reyestri Azərbaycanın media mühitinə ciddi töhfələr verəcək. Artıq onlayn və çap mediası tələblərə cavab verməlidir. Yeni qanun medianın nüfuzunu artıracaq. Azərbaycan mediasında haqsız rəqabət var. Bu haqsız rəqabət peşəkar jurnalistlərin işini arxa planda qoyur"