Minik maşını motosikletlə toqquşdu, ölən var
    • 15-06-2022, 13:55
    • 208

Minik maşını motosikletlə toqquşdu, ölən var

Qaradağda motosikletçi qəza nəticəsində ölüb.

News24.az xəbər verir ki, hadisə iyunun 14-də saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydə alınıb.

Belə ki, F.Xəlilovun idarə etdiyi “Howo” markalı avtomobil və Abşeron rayon sakini Ramin Eyvazovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motiosikletçi hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Qafqazinfo/