-
- 8-11-2024, 19:12
- 529
Əgər kişinin addımları qısadırsa, deməli... ARAŞDIRMA
Yeriyərkən atdığı addımdan kişilərdə erektil disfunksiya problemi olub-olmayacağını təxmin etmək olar.
News24.az medicina-ya istinadla xəbər verir ki, Yaponiya Hirosaki universitetinin uroloq alimləri kişi yerişi ilə erektil funksiya arasında əlaqəni araşdırıb.
324 könüllü üzərində aparılan təcrübə göstərib ki, addımları arasındakı məsafə minimal olan kişilərdə impotensiya riski iri addımlılardan 40% çoxdur.
Tədqiqatın müəllifləri bunu onunla izah ediblər ki, zəif və kiçik addım kişidə çanaq əzələsinin zəifliyindən qaynaqlana bilər. Çanaq dibi zəif olan insanlarda cinsiyyət orqanlarının qanla təchizatı da zəifdir.
Ona görə onlarda erkən erektil disfunksiya olma riski yüksəkdir.