“Qərb Rusiyanın dağılmasında maraqlı deyil” – Analitik
    • 5-06-2022, 17:44
    • 201

“Qərb Rusiyanın dağılmasında maraqlı deyil” – Analitik

Qərb Rusiyanı zəiflətməkdə maraqlıdır, amma onun dağılmasını istəmir. Bu, Ukraynaya silah tədarükünə təsir edir.

Bunu ukraynalı analitik İqor Tışkeviç deyib.

Onun sözlərinə görə, Rusiya zəifləmə ərəfəsində olanda dünya onun dağılmasının qarşısını almağa çalışacaq:

“Hər kəs Rusiyanı, hətta Çini də zəiflətmək üçün oynayır. Bununla belə, hər ölkənin fərqli “qırmızı xətt”i var. Fransa, Almaniya, İtaliya və bəzi digər Avropa İttifaqı ölkələri artıq bu xətti keçiblər”.

Tışkeviçin fikrincə, bu ölkələr Ukraynadakı müharibəni dondurmaqla Vladimir Putinin nüfuzunu xilas etməyə” çalışırlar. O, bir çox ölkələrin Ukraynaya silah vəd etdiyini, amma prosesin ləngidiyini vurğulayıb.

ABŞ-ın hərbi yardımından danışan Tışkeviç qeyd edib ki, bu, Ukraynanın siyasi mövqeyindən çox, Silahlı Qüvvələr və cəmiyyətin vəziyyətindən
asılıdır:

“ABŞ-dan gələn tədarüklərin həcminin və çeşidinin necə artdığını xatırlayaq. İlk həftələrdə Ukraynanın salamat qala biləcəyinə az adam inananda, demək olar ki, heç nə yox idi. Amma 4-5 həftəlik tammiqyaslı işğaldan sonra real yardım gəlməyə başladı”.

Tışkeviç əlavə edib ki, rus qüvvələrinin Kiyev, Çerniqov və Sumıdan çıxarılması müharibədə dönüş nöqtəsi yaratdı. Onun sözlərinə görə, məhz bundan sonra köhnə sovet silahlarına malik Ukrayna ordusu nəyə qadir olduğunu dünyaya göstərdi. /Teleqraf.com/