Şəmkirdə avtomobillər toqquşdu, sərnişinlərdən biri öldü
    • 17-06-2022, 11:21
    • 261

Şəmkirdə avtomobillər toqquşdu, sərnişinlərdən biri öldü

İyunun 16-da saat 5 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şəmkir rayon sakini A.Aslanovun idarə etdiyi “Ford Transit” və Bakı şəhər sakini E.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Aslanovun sərnişini, Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yerində ölüb.

Bu barədə News24.az-a verilən məlumatda bildirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.