Bakıda ağır yol qəzası: 3 ölü, 1 yaralı
    • 27-02-2020, 14:20
    • 1 259

Bakıda ağır yol qəzası: 3 ölü, 1 yaralı

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət Lətifovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə H.Lətifov, P.Yusifzadə və sərnişini Ağdam rayon sakini Fatma Quliyeva hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.