Sabir Rüstəmxanlı: "Azərbaycanla Türkiyə bir dövlət idealı ilə yaşamalıdır"
    • 17-06-2022, 11:35
    • 707

Sabir Rüstəmxanlı: "Azərbaycanla Türkiyə bir dövlət idealı ilə yaşamalıdır"

“44 günlük savaşda Türkiyə mediası yanımızda, bəzən isə önümüzdə oldu”.

News24.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumundakı “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” adlı birinci paneldə çıxışı zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlı qeyd edib ki, Azərbaycan və Türkiyə bir dövlət idealı ilə yaşamalıdır:

“Bizim jurnalistlərin işi çox ağırdır. Mənim üçün qəzetçilikdən böyük bir iş yoxdur. Bizim Türkiyə ilə münasibətlərimizdə çox iş görülməldir. 44 günlük savaşda Türkiyə mediası yanımızda, bəzən isə önümüzdə oldu.

Biz bir dövlət idealı ilə yaşamalıyıq. Hansı şəkildə olursa-olsun, dünyaya bir varlıq olaraq çıxaq. Onda bütün dünya bizim gücümüzü görəcək”.