Ukrayna Kanadadan 773 milyon dollar kredit alıb
    • 17-06-2022, 13:54
    • 288

Ukrayna Kanadadan 773 milyon dollar kredit alıb

Ukraynanın dövlət büdcəsinə Kanadadan güzəştli kreditlər hesabına 1 milyard Kanada dolları (773 milyon ABŞ dolları) daxil olub.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Vəsait Ukrayna və Kanada arasında bağlanmış kredit müqaviləsinə uyğun olaraq toplanıb. Bu, Ukraynanın Beynəlxalq Valyuta Fondunun inzibati hesabı mexanizmi vasitəsilə aldığı ilk puldur. Kreditin ödəmə müddəti 10 il, faiz dərəcəsi illik 1,69% təşkil edir.

Vəsaitlər dövlət büdcəsinə prioritet xərclərin maliyyələşdirilməsinə, xüsusilə də prioritet sosial və humanitar xərclərin təmin edilməsinə yönəldiləcək. /Unikal.az/