Ərəb kirayə götürdüyü avtomobillə qəza etdi
    • 19-07-2018, 10:37
    • 726

Ərəb kirayə götürdüyü avtomobillə qəza etdi

Bakının Nəsimi rayonu Bakıxanov küçəsində qəza baş verib.

Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü "KİA” markalı avtomobillə "Nissan”a çırpılıb. 

Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunublar. 

Faktla əlaqədar araşdırmalara başlanılıb. 
//yenicag.az