Avropa İttifaqının Rusiyadakı səfiri XİN-ə çağırılıb
    • 21-06-2022, 01:00
    • 422

Avropa İttifaqının Rusiyadakı səfiri XİN-ə çağırılıb

Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer Litva ərazisindən tranzitlə bağlı məhdudiyyətlər səbəbilə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bunu Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bəyan edib.

“Burada, əlbəttə ki, diplomatiya yolu ilə həll edilə bilən bir vəziyyət var. Bildiyimə görə, sabah Aİ-nin Rusiyadakı səfiri Markus Ederer Smolenkada Xarici İşlər Nazirliyinə çağırılacaq və ona müvafiq şərtlər irəli sürüləcək”- deyə, o bildirib. /Report/