-
- 30-04-2022, 01:17
- 493
Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Almaniya Xarici İşlər Nazirliyi Türkiyənin Berlindəki səfirini Osman Kavalanın işi ilə bağlı çağırdıqdan sonra Almaniyanın Ankaradakı səfiri Yurgen Şults saat 17:30-da nazir müavini və Avropa İttifaqı məsələləri üzrə direktor Faruk Kaymakçı tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfir Şultsa bildirilib ki, Berlindəki səfirimizin ölkəmizdə baş verən hadisə ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılmasını pisləyirik.
Səfir Şultsun diqqətinə çatdırılıb ki, müstəqil Türkiyə məhkəməsi tərəfindən çıxarılan ittiham qərarı heç bir qurum, orqan və ya ölkə tərəfindən etiraz edilə bilməz”, - deyə nazirlikdən bildirilib.
Həmçinin bildirilib ki, səfirə Vyana Konvensiyasında təsbit olunan daxili işlərə qarışmamaq prinsipi xatırladılıb. /Trend.az/