Rus jurnalist Nobel Sülh Mükafatını satır -FOTO
    • 21-06-2022, 14:17
    • 296

Rus jurnalist Nobel Sülh Mükafatını satır -FOTO

Rusiyada nəşr olunan “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun Nobel Sülh Mükafatı medalı hərracda 103,5 milyon dollara alıcı tapıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, satışdan əldə olunan gəlir Ukraynadakı müharibədən qaçan qaçqınlara yardım tədbirlərinə sərf olunacaq.

Qeyd edək ki, Dmitri Muratov bu mükafatı  Rusiyada ifadə azadlığını müdafiə etdiyinə görə Mariya Ressa ilə birlikdə almışdı.

Nobel mükafatının sonuncu dəfə satılması 1962-ci ildə baş verib. DNT-nin strukturunu kəşf etdiyi üçün mükafatı qazanan Ceyms Uotson 2014-cü ildə medalını 4,76 milyon dollara satmışdı.

Bu tarixdə hərracda satılan ilk Nobel mükafatı  idi.