Goranboy sakini polis şöbəsində özünə xəsarətlər yetirdi
    • 21-06-2022, 23:40
    • 356

Goranboy sakini polis şöbəsində özünə xəsarətlər yetirdi

Goranboy sakini polis şöbəsində özünə xəsarətlər yetirib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib:

“Rayonun Bolusulu kənd sakini, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi (Oğurluq) ilə təqsirli bilinərək Goranboy rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan Vüsal Cəfərov plastmas qırığı ilə əl, bilək və bədən nahiyyəsinə müxtəlif kəsik xəsarətləri yetirib”.

Polis əməkdaşları tərəfindən həmin şəxsə ilkin tibbi yardım göstərərək rayon xəstəxanasına yerləşdirilib.

V.Cəfərovun vəziyyəti normaldır. /Report/