Rus hərbçilər ukraynalı jurnalisti edam etdi
    • 22-06-2022, 12:52
    • 223

Rus hərbçilər ukraynalı jurnalisti edam etdi

Ukraynalı fotojurnalist Maksim Levin və onun dostu, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Aleksey Çernışov Kiyev yaxınlığındakı meşədə rus hərbçiləri tərəfindən soyuqqanlılıqla edam edilib.

News24.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə "Sərhədsiz Reportyorlar" təşkilatı jurnalistin ölüm şəraitini, o cümlədən cinayət yerindən tapılan sübutları hərtərəfli öyrəndikdən sonra qənaətə gəlib.

Qeyd edək ki, təfərrüatlar zamanı adıçəkilən jurnalistin mart ayında öldürüldüyü məlum olub.