Əfqanıstanda zəlzələdən ölənlərin sayı 920-yə yüksəldi
    • 22-06-2022, 13:19
    • 216

Əfqanıstanda zəlzələdən ölənlərin sayı 920-yə yüksəldi

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində azı 920 nəfər ölüb, 620-yə yaxın insan yaralanıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini "TOLOnews" telekanalına məlumat verib.

Daha öncə 300-ə yaxın ölü, 600-ə yaxın yaralı olduğu bildirilirdi.