-
- 22-06-2022, 13:55
- 454
Öldürdüyü şəxsin cibindən açarları götürüb evinə daxil oldu – Azərbaycanda dəhşətli cinayət
Ötən ilin 10 noyabr tarixində Goranboy rayonunda Ballıqaya adlanan ərazidə meyiti tapılan 1968-ci il təvəllüdlü Qədir Ələsgərovun hansı səbəbdən öldürülməsi məlum olub.
News24.az-ın məlumatına görə, öldürüldükdən 4 gün sonra meyiti tapılan Qədirin Yevlax sakini, 1977-ci il təvəllüdlü Coşqun Əhmədov tərəfindən tamah və quldurluq məqsədilə öldürüldüyü məlum olub.
Araşdırmalar zamanı məlum olub ki, Qədir heç vaxt ailəli olmayıb və epilepsiya xəstəsi olmaqla yanaşı fiziki qüsurlu imiş, belə ki, onun əllərindən biri anadangəlmə iflic olduğundan bir qolundan istifadə edə bilmirmiş. Yevlaxda sələmçi kimi tanınan Qədir hadisə baş verən gün Yevlax şəhərində taksi sürücüsü Coşquna rast gəlib. Coşqun onu aldadaraq maşına mindirib və Goranboy istiqamətinə sürüb. Qədirin imkanlı şəxs olduğunu düşünən, onun evində və üzərində xeyli pul olduğunu zənn edən şəxs Ballıqaya kəndi yaxnlığında meşəlik ərazidə maşından düşüb. Bu zaman Coşqun onunla birgə maşından düşən Qədirə arxadan yaxınlaşaraq daşla başına zərbələr endirib. Qədirin ölməsindən sonra onun üstünü axtaran Coşqun cibindən evin açarlarını və bank kartını götürüb və meyiti meşəyə ataraq Yevlaxa qayıdıb.
1 gün sonra Coşqun sakitlik olduğunu görərək Qədirin üstündən götürdüyü açarla onun evinə daxil olub və axtarış aparıb. 100 manat pul tapan şəxs onu götürərək evdən çıxıb. Daha sonra Goranboyda Qədirin meyitinin tapılmasından sonra cinayətin üstü açılıb.
Coşqun Əhmədov barəsində Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11 və 181.3.3-cü (köməksiz vəziyyətdə olan şəxsi öldürmə, quldurluq niyyətilə adam öldürmə və sağlamlığa ağır zərər vurmaqla quldurluq etmə) maddələri ilə açılmış işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Coşqun Əhmədov 17 il 6 ay azadlıqdan məhrum edilib.