Azərbaycanda dəhşətli HADİSƏ: vəhşi heyvanlar evə soxulub kişini parça-parça etdi
    • 20-12-2018, 12:55
    • 957

Azərbaycanda dəhşətli HADİSƏ: vəhşi heyvanlar evə soxulub kişini parça-parça etdi

Dekabrın 19-da Daşkəsən rayonunun Almalı kəndində evdən kişi meyiti tapılıb.

Kəndin kənarında, meşəlik ərazidə yerləşən və ən yaxın qonşusu ilə 200 metr məsafəsi olan evdən 1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlunun meyiti aşkarlanıb. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb.

Məlum olub ki, çarpayıda uzanıqlı vəziyyətdə olan şəxsin baş nahiyəsi döşəməyə tərəf sallanmış vəziyyətdə qalıb və vəhşi heyvanlar onun bədənini, xüsusi ilə baş və boyun nahiyəsini parçalayıblar. Evdən vəhşi heyvanların izləri də aşkarlanıb.

Kənd sakinləri bildiriblər ki, meyiti tapılan şəxs uzun müddətdir ki, tənha yaşayırmış və mənzil şəraiti çox ağır olub. Evin qapı-pəncərəsi, elektriki və sair olmayıb. Həmçinin ölən şəxs 2-ci qrup əlil, eləcə də epilepsiya xəstəsi olub. Onun meyitinin öldükdən sonra heyvanlar tərəfindən parçalandığı ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

//Publika