“Azərbaycan Dəmir Yolları”na məxsus yarımstansiyada yanğın
    • 23-06-2022, 23:03
    • 256

“Azərbaycan Dəmir Yolları”na məxsus yarımstansiyada yanğın

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyada yanğın olub.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Sabirabad rayonunun Qaratəpə kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində paylayıcı qurğunun dörd ədəd qoruyucu açarı və 4 p.m elektrik kabeli yanıb.

Yarımstansiya yanğından mühafizə olunub. Yanğın söndürülüb.