"Azərbaycan Dəmir Yolları"na məxsus istirahət mərkəzində YANĞIN
    • 9-05-2020, 11:55
    • 714

"Azərbaycan Dəmir Yolları"na məxsus istirahət mərkəzində YANĞIN

Xaçmazda istirahət mərkəzində yanğın olub.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonunun Seyidli kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus istirahət mərkəzinin ərazisində, ümumi sahəsi 800 m² olan ikimərtəbəli (hər mərtəbəsi 400 m²) yeməkxana binasının dam örtüyünün taxta atmaları və tavanı 400 m² sahədə, 2-ci mərtəbəsində plastik arakəsmələr və 100 m² sahəyə yığılan stol-stul yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.