37 yaşlı qadın oyuncaqla evləndi - FOTO
    • 24-06-2022, 11:39
    • 353

37 yaşlı qadın oyuncaqla evləndi - FOTO

Braziliyada yaşayan 37 yaşlı Meirivone Rocah Moraes adlı qadın oyuncaqla evlənib. 

News24.az 
xarici KİV-ə istinadla xəbər verir ki,  tək qalmaqdan şikayətlənən Moraesə anası parçadan ibarət oyuncaq tikib. Belə  ki, qadın sonradan oyuncağa aşiq olub və onunla evlənmək qərarına gəlib. 


Özünə toy edən braziyalı fotolarını  sosial  şəbəkə  hesabında paylaşıb. Qadının bu  addımı hər kəsin təəccübünə səbəb olub. Bir müddət sonra qadın xəstəxanadan foto paylaşaraq,  ana olduğunu açıqlayıb.  Qadın  qucağına aldığı körpə isə oyuncaq olub.