İlhamə Quliyevanın köməkçisi təzminat tələb edir - VİDEO
    • 19-12-2018, 15:37
    • 1 093

İlhamə Quliyevanın köməkçisi təzminat tələb edir - VİDEO

ARB TV-də yayımlanan “Səhər səhər” verilişində mərhum xalq artisti ilhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova açıqlamalar edib. 

News24.az xəbər verir ki, o, İ.Quliyevanın yaxınlarından təzminat tələb etdiyini bildirib:

“Mən öz təzminatlarımı tələb edirəm. Deyirdilər ki, guya mən İlhamə xanımın ən bahalı şubasını oğurlamışam. Sonra o şubanı oğlu kimin tərəfindən lombarda qoyduğunu bütün media bildi. O mən artıq həbsdə idim.

Çeklər də var idi, amma mənim boynuma yıxmışdılar. Öz zəhmətimlə 15 ildə tikdiyim evimin pulunu, 10 min dollarımı tələb edirəm".

Teymur MƏMMƏDOV