-
- 26-06-2022, 13:23
- 402
Cahit Bağçı: "Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub"
"Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub".
News24.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə şəhərində Qafqaz İslam Ordusuna ucadılan abidənin açılış mərasimində bildirib.
Səfir deyib ki, bu əlaqələr Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanır.
"Bu münasibətlərin əsasında tarixi bağ dayanır. Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın 25 may 1918-ci ildə Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 əsgəri Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar", - Cahit Bağçı vurğulayıb.