Yaponiyada ev heyvanını əvəz edən robot satışa çıxarılıb
    • 19-12-2018, 17:39
    • 978

Yaponiyada ev heyvanını əvəz edən robot satışa çıxarılıb

Yaponiyada ev heyvanını əvəz edə bilən süni intellektli robot satışa çıxarılıb.

TASS informasiya agentliyi xəbər verir ki, “Groove X” kompaniyası tərəfindən ələ götürülmək üçün hazırlanan “Lovot” (Love və robot sözlərinin kombinasiyası) öz sahiblərini yadda saxlaya bilir. Güclü kompüter və süni intellekt sistemi ilə təchiz olunan robot yelləndiyi zaman yatır, həmçinin müxtəlif məharətlər göstərir.
Robot ona quraşdırılan kamera sayəsində təhlükəsizlik və evdə tək qalan uşaqlara nəzarət sistemi kimi də istifadə oluna bilər. O, ətrafında olan insanların davranışını təsbit edir və buna uyğun olaraq onlara münasibət göstərir. Məsələn “Lovot” onu vuran və ya xətrinə dəyən insandan qaçmağa başlayır.
Cüt halda satılan robotun qiyməti təxminən 5 min dollara yaxındır.