​Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanıldı
    • 27-06-2022, 11:49
    • 249

​Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanıldı

Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Ə.Əlizadə cari il mayın 5-də bir nəfərin onun nəvəsinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən qəsəbə sakini A.Sultanov müəyyən edilərək saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.