Hədə-qorxu ilə mobil telefonunu əlindən aldılar
    • 1-11-2021, 12:15
    • 474

Hədə-qorxu ilə mobil telefonunu əlindən aldılar

Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə oktyabrın 30-da 3 nəfərin Bakı şəhər sakini H.Babayevə hədə-qorxu gələrək mobil telefonunu almaları barədə məlumat daxil olub. 

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Aslanov, A.Mineyev və Sumqayət şəhər sakini G.Cəfərov müəyyən edilərək saxlanılıblar. 

Nərimanov RPİ-də araşdırma aparılır.