Məhkumlar ailələri ilə videogörüntülü danışacaq
    • 19-12-2018, 18:15
    • 881

Məhkumlar ailələri ilə videogörüntülü danışacaq

Penitensiar xidmət müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə müasir İKT-ni tətbiq etməklə məhkumlarla videogörüş imkanı təşkil ediləcək.

Bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilib. 

Proqramda qeyd olunub ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin tətbiqinin təkmilləşdirilməsi üçün tədbirlər görüləcək. 

//Azvision