Məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə ŞİDDƏTLİ TÖHMƏT VERİLDİ
    • 28-06-2022, 18:07
    • 522

Məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə ŞİDDƏTLİ TÖHMƏT VERİLDİ

Mərkəzi Aran Regional Təhsil İdarəsi müəllimin görüntüləri ilə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən News24.az-a verilən görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", İdarədən qeyd edilib.