-
- 28-06-2022, 19:28
- 439
"Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin idarə olunması qaydası açıqlanıb
"Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin idarə olunması qaydası açıqlanıb.
News24.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin Nizamnaməsi”ndə əksini tapıb.
Qərara əsasən, İdarə Heyəti 3 (üç) üzvdən – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir və İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.
Qərarda, həmçinin bağın nizamnamə fondu da təsdiq olunub.
Qeyd olunub ki, bağın nizamnamə fondu 173761,0 (yüz yetmiş üç min yeddi yüz altmış bir) manatdır.
Bağın əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla müəyyən edilən digər vəsaitlərdən formalaşır.