Göyçayda 11-ci sinif şagirdi suda boğularaq ölüb
    • 28-06-2022, 21:21
    • 365

Göyçayda 11-ci sinif şagirdi suda boğularaq ölüb

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bığır kənd sakini - 16 yaşlı Qurbanov Əlibala Yalçın oğlu bu gün axşam saatlarında Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Əraziyə gələn polis əməkdaşları 11-ci sinif şagirdi Əlibala Qurbanovun meyitini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA/