Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi
    • 28-06-2022, 22:28
    • 300

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakı şəhərinin Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin
müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.