-
- 29-06-2022, 12:12
- 383
Sumqayıtda şok hadisə - Mağazaya basqın edib satıcının əl-ayağını bağladılar
Sumqayıtda quldurluq və oğurluq əməllərində təqsirləndirilən şəxslərə hökm oxunub.
News24.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində şəhər sakini, 1966-cı il təvəllüdlü Ruslan Əhmədov və 1987-ci il təəllüdlü Ceyhun Bağırov Cinayət Məcəlləsinin 177-ci və 181-ci (oğurluq və quldurluq) maddələri ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, Ruslan və Ceyhun əvvəlcədən plan quraraq Sumqayıt şəhərinin Niyazi küçəsində yerləşən və sutka boyu fasiləsiz fəaliyyət göstərən “SMOKE House” tütün-alkoqol mağazasına basqın təşkil ediblər. Onlar ötən ilin mart ayının 28-də saat 05 radələrində mağazaya daxil olaraq satıcıya zor tətbiq ediblər və satıcının əl-ayağını naqillə, ağzını yapışqanlı lentlə bağlayıblar. Daha sonra mağazanın kassasındakı 1100 manata yaxın nağd pulu, vitrindəki bütün siqaret və bahalı spirtli içkiləri götürən şəxslər avtomobillə oradan uzaqlaşıblar.
Məlum olub ki, onlar mağazadan quldurluq yolu ilə 5454 manat dəyərində pul və digər məhsullar aparıb. Onlar mağazanı talayarkən kameranın çəkiliş apardığını görüblər və gedərkən kamera sisteminin yaddaş blokunu da özləri ilə aparıblar və satıcını əl-ayağı bağlı şəkilə mağazada qoyaraq uzaqlaşıblar.
Bir neçə saat sonra isə polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hər iki şəxs tutulub. Məlum olub ki, onlar mağazanı tərk etdikdən sonra özləri ilə apardıqları siqaretləri satmaq istəyiblər. Həmçinin Ceyhunun bu cinayətən əvvəl oğurluq əməli törətməsi də müəyyən edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda Ruslan Əhmədova 9 il, Ceyhuna isə 9 il 6 ay müddətinə həbs cəzası verilib.