Satıcının əl-ayağını bağlayıb mağazadan OĞURLUQ ETDİLƏR
    • 30-03-2021, 12:30
    • 344

Satıcının əl-ayağını bağlayıb mağazadan OĞURLUQ ETDİLƏR

Sumqayıt şəhəri ərazisindəki mağazaların birində satıcıya qarşı zor tətbiq edilib. 

News24.az DİN-ə istinadən xəbər verir ki, hadisə martın 28-də qeydə alınıb. 

Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkiləri oğurlayıblar. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.