Abşeronda ev yandı
    • 29-06-2022, 20:32
    • 251

Abşeronda ev yandı

Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 56 m² (hər mərtəbəsi 28 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsinin və bitişik ümumi sahəsi 21 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Bu haqda News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.