Bakıda avtobus, Xaçmaz və Astarada EV YANDI
    • 13-08-2020, 09:13
    • 586

Bakıda avtobus, Xaçmaz və Astarada EV YANDI

Astara rayonunun Səlivə kəndində ümumi sahəsi 220 m² olan 2 mərtəbəli evin yanar konstruksiyaları yanıb.

News24.az Fövqəladı Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhərinin Xəzər rayonunda “Karsan” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 80 m² olan ikimərtəbəli barak tipli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 80 m² olan ikimərtəbəli barak tipli evin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.