Yevlaxda bir neçə ev yandı
    • 20-04-2021, 09:35
    • 457

Yevlaxda bir neçə ev yandı

Yevlax şəhərində bir neçə mənzildə yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 60 m² olan (hər mərtəbəsi 30 m²) ikimərtəbəli evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 10 m² sahədə, bitişik ümumi sahəsi 450 m² olan ikimərtəbəli kommunal tipli binanın dam örtüyü 180 m² sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 56 m² olan mənzilin yanar konstruksiyaları 8 m² sahədə yanıb.

Evin, binanın qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.