"Bu nə gündədir ki, avtobusda gedir?" - Elgiz başına gələnlərdən DANIŞDI
    • 18-09-2018, 10:35
    • 1 465

"Bu nə gündədir ki, avtobusda gedir?" - Elgiz başına gələnlərdən DANIŞDI

Aparıcı Elgiz Əkbər ARB TV-nin "Pəncərə" verilişində qonaq olub. 

News24.az xəbər verir ki, aparıcı ictimai nəqliyyatda başına gələn hadisədən danışıb:

"Uzun illərdir ki, avtobusa minmirdim. Mənə elə xoş gəldi. İstidən sərinə düşdüm. Amma burnumdan gətirdilər. İnsanların şübhəli baxışlar, eşitdiyim sözlər məni çox üzdü. Birinci dirsəklər işə düşdü. Bir-birinə vururub deyirdilər ki, Elgiz avtobusdadır.

Daha sonra bir qadın deyir ki, "Vay Vay bu nə gündədir ki, avtobusa minir? Maşını yoxdur görəsən?" Digəri isə cavabında "Niyə yoxdur ki, Onların hər şeyi var. Sadəcə özünü göstərir".

Ay bala, mən avtobusa minib niyə özümü göstərim ki? Amma bu o demək deyil ki, mən bu hadisədən sonra ictimai nəqliyyatdan istifadə etmədim. Bir neçə dəfə minmişəm.

İnsanların bir-birinə qarşı aqressiyası var. Sözümüz bir-birimizin boğazından keçmir. Sıxlıqdır bir az kənara çəkilsən nə olar? Əlimdəki çanta sənin ayağına dəydisə nə oldu? Dünyanın axırıdır? Niyə adamı təhqir edirsən? "