Sabirabadda yol qəzası: bir nəfər öldü
    • 30-06-2022, 23:29
    • 343

Sabirabadda yol qəzası: bir nəfər öldü

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil beton dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - Sabirabad rayonunun Türkədi kənd sakini, 2001-ci il təvəllüdlü Şəmmədov Bəybala Əli oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 nəfər Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır. /APA/