Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib
    • 2-09-2019, 21:26
    • 1 027

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
İki “KaMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan Qaralı kənd sakini Qədir Həmidov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Digər yaralı isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.