-
- 1-07-2022, 10:25
- 485
Türkiyəyə getmək istəyənlərin nəzərinə: Bir həftəlik istirahət neçəyədir? - QİYMƏTLƏR
İki illik pandemiya fasiləsindən sonra Azərbaycandan istirahət üçün xaricə gedənlərin sayında artım müşahidə edilir. Quru sərhədləri bağlı olduğundan əksər vətəndaşlar ölkədən çıxa bilmirlər. Nisbətən imkanlı şəxslər isə dincəlmək məqsədilə xarici ölkələrə üz tuturlar. Statistik məlumatlara əsasən, yay aylarında ən çox turistik səfərlər qardaş Türkiyəyə edilir.
Bəs Türkiyədə bir həftəlik istirahət neçəyə başa gəlir?
News24.az xəbər verir ki, Modern.az turizm şirkətlərinin təqdim etdiyi qiymətlər əsasında qısa araşdırma aparıb.
Kuşadası bölgəsində otel daxil olmaqla 8 gün 7 gecə istirahət üçün qiymətlər 1270 manatdan başlayır. Ən yüksək qiymət 2315 manatdır. Bu, müştərilərin istəyindən asılı olaraq dəyişə bilər.
Antalyada məşhur otellərin qiymətləri qidalanma daxil olmaqla 1079-2788 manat arası dəyişir.
Bodrumda 6 günlük istirahət minimum 865 manatdan başlayır. Ən bahalı otellərdən birində iki nəfərin 6 günlük istirahəti 15 453 manata başa gəlir.
Alanyada bir nəfər üçün 7 gecə / 8 günlük istirahətin start qiyməti 1275 manatdır.
İstanbulda 6 gün dincəlmək üçün ən azı 909 manat lazımdır. Bu məbləğ istəkdən asılı olaraq 1198 manatadək dəyişə bilər.
Alaçatıda ən bahalı oteldə 5 gecə / 6 günlük istirahət 1564-4760 manata təklif olunur.
Kapadokyada 5 gecə / 6 gün istirahət azı 1666 manata başa gəlir. Azərbaycan vətəndaşlarına təklif olunan ən yüksək qiymət 2023 manatdır.
Fəthiyədə isə 6 günlük istirahətin qiyməti 1356-3920 manatdır.
Qeyd edək ki, tur qiymətlərinə təyyarə biletləri, nəqliyyat, qidalanma xərcləri daxildir.