İyulda 12 gün İŞ OLMAYACAQ
    • 1-07-2022, 10:27
    • 499

İyulda 12 gün İŞ OLMAYACAQ

İyul ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

News24.az xəbər verir ki,  ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyulun 9-10-u Qurban bayramıdır.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Qeyd edək ki, iyulda həftəsonları ilə birgə 12 gün iş olmayacaq.