İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM
    • 1-07-2022, 14:01
    • 322

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Canpolad Alı oğlu Daanova

polis polkovniki Namiq Zirəddin oğlu Həsənova

polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova

polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.