Zəvvarların daha iki qrupu bu gün HƏCCƏ YOLA DÜŞDÜ
    • 3-08-2019, 12:46
    • 693

Zəvvarların daha iki qrupu bu gün HƏCCƏ YOLA DÜŞDÜ

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların daha iki qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşüb. 

Qafqaz Müsəlmanları İdarəsindən News24.az-a verilən məlumata görə,hər qrupda 180 zəvvar olmaqla bu gün yola düşüblər. Qruplardan biri saat 11:00, digəri isə 12:40 radələrində yola düşüb. Avqustun 4-də daha 2 qrup, avqustun 5-də iki qrup yola düşəcək. 

QMİ-dən o da bildirildi ki, zəvvarların avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Ötən gün isə hər biri 180 zəvvardan ibarət olmaqla iki qrup Şəudiyyə Ərəbistanına yola düşüb.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.