Qaraqalpaqda fövqəladə vəziyyət  tətbiq edildi
    • 2-07-2022, 22:21
    • 533

Qaraqalpaqda fövqəladə vəziyyət tətbiq edildi

Özbəkistan Prezidenti Şavkat MirziyoyevQaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

News24.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov teleqram kanalında bildirib.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - o bildirib.

Qeyd edək ki, bu gün iğtişaşların baş verdiyi Nukus şəhərinə gedən Özbəkistan Prezidenti ölkə Konstitusiyasında Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrə dəyişiklik etməmək barədə qərar verib.