DİN əməliyyat keçirdi,  47 nəfər saxlanıldı
    • 4-07-2022, 10:16
    • 313

DİN əməliyyat keçirdi, 47 nəfər saxlanıldı

İyulun 2-də və 3–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 73-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 29 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.