Son sutkada  ölkə ərazisində  6 yol-nəqliyyat hadisəsi baş verib
    • 15-06-2022, 10:15
    • 274

Son sutkada ölkə ərazisində 6 yol-nəqliyyat hadisəsi baş verib

İyunun 14 -də ölkə ərazisində qeydə alınan cinayətlərdən 87-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 11-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 News24.az-a DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. 

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.