İyunun 9-da ölkə ərazisində baş verən qəzalarda 3 nəfər ölüb
    • 10-06-2022, 10:14
    • 256

İyunun 9-da ölkə ərazisində baş verən qəzalarda 3 nəfər ölüb

İyunun 9-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 26-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 
 
News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. 
  
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.