Dəhşətli qətl: Polis yeniyetməni 60 GÜLLƏ İLƏ ÖLDÜRDÜ
    • 4-07-2022, 10:46
    • 232

Dəhşətli qətl: Polis yeniyetməni 60 GÜLLƏ İLƏ ÖLDÜRDÜ

ABŞ-ın Ohayo ştatında 25 yaşlı qaradərili yeniyetməni polis 60-dan çox güllə ilə vuraraq öldürüb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 27-də Ceyland Uoker yol hərəkəti qaydasını pozduğuna görə saxlanılıb və təqib zamanı polisin silahından atılan 90-dan çox güllədən ən azı 60-ı qaradərili yeniyetməyə dəyib.

Ailənin vəkili Bobby DiCello, Uokerin üzü də daxil olmaqla bədəninə 60 güllə dəydiyini, lakin xəstəxanaya aparılarkən əllərinin arxadan qandallı olduğunu qeyd edib.