ABŞ polisi silahsız hamilə qadına 5 dəfə atəş açıb
    • 1-06-2022, 11:03
    • 627

ABŞ polisi silahsız hamilə qadına 5 dəfə atəş açıb

Kanzas Siti polisinin keçən cümə günü oğurlanmış avtomobili axtararkən hamilə qadına beş dəfə atəş açdığı bildirilir.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, avtomobil oğurluğu barədə məlumat alan iki polis, oğurlanmış avtomobilin şəhərdəki Family Dollar ticarət mərkəzinin dayanacağında olduğunu müəyyənləşdirdi.

İki polis əməkdaşı avtomobilə yaxınlaşarkən, avtomobildə olan iki nəfər kişi qaçıb.

Avtomobildə olan digər şəxs, 26 yaşlı hamilə qaradərili Leonna Hale əllərini qaldıraraq silahsız olduğunu göstərsə də, polis hamilə qaradərili qadına 5 atəş açıb. 

Hadisə şahidi qadına əlləri havada olmasına baxmayaraq 5 dəfə atəş açıldığını, daha sonra qan içində yerdə uzanaraq qandallandığını vurğuladı.

Hadisə şahidi qeyd edib ki, gənc qadın polisə hamilə olduğunu da bildirib.

Hadisə ilə bağlı istintaq davam edir.